Günlərin birində Molla eşşəyə odun yükləyib salır kəndə gedən
düz yola ki:
– Sən düz yol ilə get, mən bu kəsə yol ilə gedəcəyəm. Görək kim
tez çatar.
Sahibsiz qalmış eşşək başlayır otlamağa. Molla evə gəlcək soruşur:
– Arvad, eşşək hələ gəlməyib?
Arvad deyir:
– Yox, gəlməyib.
Molla lovğa-lovğa deyir:
– Görürsənmi? Sən elə həmişə məni danlayırsan ki, tənbələm.
Bax, mən eşşəkdən tez gəlmişəm.
Top