Bir gün Molla turşu satanın eşşəyini və tarazısını alıb küçələrdə
turşu satmağa başlayır. Eşşək adət elədiyinə görə çox adam olan yerə
çatcaq Mollaya "ay turşu alan" deməyə imkan verməyib özü anqırır.
Bir gün belə, iki gün belə, bir dəfə yenə eşşək belə anqıranda Molla
hirslənib onun qulağını möhkəm dartır ki:
– Ədəbsiz, qoysana bir mən də qışqırım. Bir de görüm, bu zəhrimar
turşunu sən satacaqsan, ya mən?
Top