Molla bir gün yenə də eşşəyə odun yükləyib salır yola ki:
– Sən bu yol ilə get, mən o yol ilə. Görək kim tez çatacaq?
Bunu deyib özü düşür yola. Canavarlar düşür eşşəyin üstünə,
sahibsiz görüb yeyirlər. Molla gəlib çatır evə, görür ki, hələ eşşək gəlməyib.
Axşamacan gözləyir, görür gəlmədi. Axırda əlinə bir ağac alıb
axtarmağa gedir. Gəlib canavarların eşşəyi yediyi yerə çatır. Uzaqdan
görür ki, eşşəyin dişləri ağarır, qəzəblənib deyir:
– Dolamısan məni? Gəzəyən arvadlar kimi nə dişlərini ağardıb hırıldayırsan?
Vaxtında gəl xarabana da...
Top