Bir gün yenə də yolda eşşəyin tərsliyi tutur. Molla nə qədər döyür,
nə qədər bizləyirsə, ayaqlarını götürmür ki, götürmür. Molla evə gəlib
arvada tapşırır:
– Arvad, o mənim atamı yandırıb. Gərək düz bir ay onu ac saxlayam.
Saman-zad versən, özün bil!
Arvad danlayır ki:
– A kişi, dəli olma! Eşşəyi ac saxlarsan ölər.
Qərəz... Bir çox dəlayildən sonra axır ki, Molla yumşalıb deyir:
– Yaxşı, arvad, apar saman ver, amma bilməsin ki, mən icazə vermişəm
ha... Ayağı yer alar.
Top