Molla bir gün eşşəyi satmaq məqsədilə bazara aparır. Yolda baxır
ki, eşşəyin quyruğu bulanıb palçığa. Bir az fikirləşəndən sonra "bəlkə
bu eşşəyin qiymətini aşağı saldı" deyə quyruğu kəsib qoyur heybəyə.
Bazarda müştərilər baxırlar ki, eşşəyin quyruğu yoxdur.
Bir nəfər deyir:
– Yaxşı eşşəkdir, hayıf ki, quyruğu yoxdur.
Molla deyir:
– Sən qiymət qoy! Sövdamız baş tutsa, quyruq uzaqda deyil, heybədədir.
Top