Bir axşamüstü Molla öz bostanında qovun dərirmiş. Üç nəfər adam
gəlib salam verir. Molla salamı aldıqdan sonra tez bir qovun kəsir ki:
– Buyurun, qovun yeyin!
Qonaqlar yeyib doyandan sonra dururlar ki, getsinlər, Molla deyir:
– Qovunlardan seçin, götürün, uşaqlara da aparın!
Elə Molla bunu decək qonaqlardan ikisi hərəsi iki qovun, üçüncüsü
də əlləşə-əlləşə üç qovun götürür. Molla tez üç qovun götürən qonağa
təzim edib deyir:
– Padşah sağ olsun! Sənə öz vəzir-vəkilinlə mənim bostanıma xoş
gəlmisən!
Qonaq heyrətlə soruşur:
– Sən nədən bildin ki, mən padşaham, bunlar da vəzir-vəkil?
– Müftəxorluğunuzun dərəcəsinə görə.
Top