Bir gün Molla xəstələnir, üstünə həkim çağırtdırır. Həkim gəlib
nüxsə yazır. Molla ona bir qızıl verir. Sonra arvadını dərman üçün
göndərir, ona da bir qızıl verir.
Arvad dərmanı alıb gətirir. Molla şüşəyə baxır və açıq pəncərədən
çölə tullayır.
Arvad soruşur ki, a Molla, bir qızıl həkimə, bir qızıl da dərmana
vermisən, niyə atırsan onu?
Molla deyir:
– Sən belə işləri bilməzsən, arvad! Həkim yaşamalıdır, ona bir bir
qızıl verdim. Bir qızıl da dərmana verdim, çünki dərman satan da
yaşamalıdır. Dərmanı da çölə atdım, çünki mən də yaşamaq istəyirəm.
Top