Günlərin birisində Molla hamama gedir. Keyfi kök, hamam isti,
xəznənin içində yavaş-yavaş zümzümə eləməyə başlayır. Oxuduqca
səs düşür xəznəyə, Mollanın özünə də ləzzət verir. Axırda Molla özözünə
deyir:
– Balam, mənim elə ağıllı-başlı səsim var imiş ki...
Hamamdan çıxıb birbaş gedir şəhər hakiminin yanına ki:
– Gəlmişəm ki, sənin üçün oxuyam.
Hakim deyir:
– Buyur oxu, görək necə oxuyursan...
Molla deyir:
– Ancaq mən elə-belə oxuya bilmərəm. Mənim oxumağım üçün
gərək burada yarıya qədər içi su ilə dolu bir hamam xəznəsi ola.
Hakim deyir:
– Balam, biz hamam xəznəsini necə gətirək bura?..
Çox götür-qoydan sonra axırda yarıya qədər su ilə dolu bir küp
gətirirlər. Molla başını küpün içinə salıb başlayır oxumağa. Hakim
Mollanın səsini eşitcək qulaqlarını tutub nökərlərə əmr edir ki:
– Küpün suyu qurtarana qədər əlinizi isladıb Mollanı vurun!
Nökərlər başlayırlar Mollanı döyməyə. Hər şillədən sonra Molla
əllərini göyə qaldırıb Allaha şükür eləyir. Axırda hakim soruşur:
– Molla, bu nə şükürdür eləyirsən?
Molla deyir:
– Şükür eləyirəm ki, nə yaxşı xəznəni buraya gətirmək mümkün
olmadı, yoxsa onun suyu heç qurtaran deyildi.
Top