Günlərin birində Molla eşşəyini minib şəhərə gedirmiş. Yolda
kəndxuda onun qabağına çıxır. Ələ salmaq məqsədilə eşşəyi göstərib
soruşur:
– Yenə iki mehriban dost səhər tezdən qol-boyun olub hara gedirsiniz?
Molla tez eşşəkdən düşüb deyir:
– Yaxşı ki, sən bu sualı verdin, yoxsa heç bilmirəm ki, necə olacaqdı.
Kəndxuda soruşur:
– Nə necə olacaqdı?
Molla deyir:
– Biz özümüz öz arzumuzla getmirik. Səhər tezdən arvad bizim
ikimizi də oyatdı ki, durun ayağa, getməli yer var. Mənim də yadımdan
çıxdı, heç arvaddan soruşmadım ki, hara gedəcəyik. İndi yaxşıdı
ki, sən soruşdun, yadıma düşdü.
Kəndxuda gülüb deyir:
– Yaxşı iş yarıdan kişisən.
Molla eşşəyin qulağını kəndxudanın əlinə verib deyir:
– Siz bir balaca burda söhbət eləyin, mən arvaddan soruşum gəlim.
Sonra eşşəyi göstərib deyir:
– Yazıq elə çoxdan arzu eləyirdi ki, bir sənin kimi həmcinsi ilə görüşüb
dərdləşsin.
Top