Günlərin birində Mollanın arvadı başqa arvadlarla bərabər göldə
paltar yuyurmuş. Bu tərəfdən şəhərin hakimi də öz yaxın adamları ilə
buradan keçirmiş Göldə başı-gözü açıq arvadları görüb dayanır, başlayır
bunlara baxmağa.Mollanın arvadı işi belə görəndə ağzını açıb gözünü
yumur; dişinin dibindən çıxanı bunlara deyir. Hakim görür ki,
yox əgər bir az da dayansa, lap biabırçılıq olacaq. Arvadın nam-nişanını
bilib çıxıb gedir.
Oradan-buradan öyrənir ki, arvad Mollanın arvadıdır. Sabahısı
Mollanı yanına çağırıb soruşur:
– Molla, filan arvad sənin arvadındır?
Molla deyir:
– Bəli, mənim arvadımdır, necə?
Hakim deyir:
– Get, onu buraya gətir!
Molla soruşur:
– Hakim, başına dönüm, nəyinə lazımdır mənim arvadım?
Hakim deyir:
– Ona sözüm var, get tez gətir!
Molla deyir:
– Hakim, qurbanın olum! Cəsarət eləyirəm... Olmaz ki, o sözü sən
mənə deyəsən, mən gedim arvadıma deyim?