Günlərin birində ordu böyükləri bir yerə yığılıb söhbət edirlər. Hər
sərkərdə bir müharibədən danışır. Biri deyir:
– Biz filan yeri alanda əhali elə qaçırdı, şəhər odlar içərisində elə
yanırdı ki, adama ləzzət verirdi...
Bir başqası deyir:
– Biz filan yerə hücum edəndə mindən artıq filimiz var idi. Toplar,
tüfənglər gur-gur guruldayırdı... Bir qiyamət idi ki...
Sərkərdə söhbətdə ikən orada oturan uşaqların birindən bir səs çıxır.
Sərkərdə uşağın bu hərəkətindən qəzəblənib qışqırır:
– O nədir, ədəbsiz?
Bütün bu vəhşiliklərə, bu canavarlıqlara qulaq asmaqdan təngə
gəlmiş Molla deyir:
– Sizin topların səsindən qorxub. Elə bir şey yoxdur.
Top