Bir gün bir xəsis tacir Molladan soruşur:
– Molla, bu dünyada ən çox kimi sevirsən?
Molla deyir:
– Mənim qarnımı doyuranı.
Tacir deyir:
– Demək, əgər mən sənin qarnını doyursam, məni hamıdan çox
sevərsən, eləmi?
Molla deyir:
– Məhəbbət ki var, əgər ilə, məgər ilə olmaz. Gərək göz görə, ağız
dada, qarın doya, könül sevə.
Top