Günlərin birində dövlətlilərdən biri Mollanı nahara qonaq çağırır.
Elə ki xörək ortalığa gəlir, Molla baxıb deyir:
– Xörək çox yaxşı xörəkdir, heyf ki, mürəbbəsi çatışmır. Bunun
yanında bir əncir mürəbbəsi də olsaydı, lap nurələnnur olardı.
Ev sahibi nökərə deyir:
– A gədə, get de, əncir mürəbbəsi versinlər.
Nökər gedir. Molla ha gözləyir, mürəbbə gəlmir. Ev sahibinin də
yadından çıxır. Xörəyi yeyib qurtarırlar. Ev sahibi Mollaya deyir:
– Molla, sən çox yaxşı qəzəl oxuyursan. Xahiş eləyirəm Hafizdən
bir qəzəl deyəsən, qulaq asaq.
Molla qəzəli başlayır, amma qəsdən ortada ən gözəl beytləri demir.
Qurtarandan sonra ev sahibi deyir:
– Molla, yaxşı oxudun. Amma demə ki, başa düşmədi. Qəzəlin ən
yaxşı beytlərini yaddan çıxarıbsan.
Molla deyir:
– Vallah bu dünya ki var, gör-götür dünyasıdı. Mən baxdım ki, sizdə
söz çox tez yaddan çıxır. Dedim yəqin sizin evin qayda-qanunu belədi.
Ev sahibi soruşur:
– Necə?
Molla deyir:
– Sənin verdiyin bu xörəyin ən gözəl beyti əncir mürəbbəsi idi.
Mən baxdım ki, mürəbbə sənin də yadından çıxdı, nökərin də. Mən də
qəsdən qəzəlin mürəbbə yerini demədim. İnşallah, mürəbbə yada düşüb
gələndə, qəzəlin də həmən beytləri yada düşər.
Top