Günlərin birində Mollanı mötəbər bir adamın evinə qonaq çağırırlar.
Molla baxır ki, şəhərin hakimi də buradadır. Özü də ev sahibi hakimə
bir yaltaqlanır, bir quyruq bulayır ki, gəl görəsən.
Süfrə açılır. Ev sahibi şəhər hakimini lap yuxarı başda əyləşdirir.
Molla baxır ki, bütün qonaqlara bir cür xörək gəldi, amma hakimə xüsusi
olaraq hazırlanmış başqa bir xörək gətirdilər. Molla yavaşca öz
qabağındakı xörəyi hakimin qabağına itələyir, onun qabağına qoyulmuş
xörəyi öz qabağına çəkir. Ev sahibi tez əl-ayağa düşüb deyir:
– Molla, o xörəyə sən əl vurma! Bilirsənmi? O bir az birtəhər xörəkdi.
Molla deyir:
– Elə mən də bilirəm, ona görə yeyirəm. Bu birtəhər yeməyi hakim
ağa yeyər sonra Allah eləməsin, azarlayar, başına bir iş-zad gələr, şəhər
qalar hakimsiz. Amma mən ölsəm də, eybi yoxdu. Bir canım var,
qoy o da qurban olsun hakimə.
Top