Günlərin birində Mollanın inəyi itir. Yazıq küçələrə düşüb car çəkir,
özü də tez-tez deyir:
– Kimə rast gəlir-gəlsin, qazıya rast gəlməsin.
Soruşurlar ki:
– Ay Molla qazıdan niyə belə qorxursan ki? Rast gəlsə nə olar?
Molla deyir:
– Sizin savadınız yoxdu, bilmirsiniz. Mən qanun kitablarına bələdəm.
İnək qazıya rast gəlsə, salacaq o qanun kitablarına, halal eləyib
inəyi yeyəcək, çox danışsam, hələ özümü də cərimə eləyəcək.
Top