Bir gün bir nəfər Mollanın yanına gəlir ki:
– Molla, azarlamışam, heç kəs dərdimə çarə tapa bilmir. Bəlkə sən
bir çarə tapasan.
Molla soruşur:
– Nədi azarın?
Kişi deyir:
– Bədənimdə olan tüklər ağrıyır.
Molla deyir:
– Qəribədi. Mən birinci dəfədi ki, belə azar eşidirəm. Yaxşı, bu
günlərdə bir qəribə şey yeməmisən?
Kişi deyir:
– Buzla çörək yemişəm.
Molla deyir:
– Sənin nə azarın adam azarıdı, nə xörəyin adam xörəyi. Tez qaç
baytar yanına.
Top