Bir gün Molla belinə bir böyük beybud bağlayıb mədrəsəyə gedir.
Yolda külək bunun paltarını yelləndirir, altdan beybud görünür. Hökumət
də yaraq gəzdirməyi yasaq etmiş imiş. Bunu tutub hakimin yanına
aparırlar. Hakim soruşur:
– Sən padşahın əmrini eşitməmisən ki, yanında silah gəzdirirsən?
Molla deyir:
– Hakim ağa, bu silah deyil, bıçaqdır. O, mənə mədrəsədə dərs deyəndə
lazım olur.
Hakim soruşur:
– Nəyə lazım olur?
Molla deyir:
– Mən onunla kitabların qələtini düzəldirəm.
Hakim hirslənir:
– Bu boyda beybudu bağlamısan belinə ki, qələt düzəldirəm. Heç
beybudla da qələt düzəldərlər?
Molla bir ah çəkib deyir:
– Bəzən kitab yazanlar elə yekə qələt eləyirlər ki, onları nəinki
beybudla, heç balta ilə də düzəltmək olmur.
Top