Necə olursa, Molla birisi ilə savaşır, onu tutub aparırlar hakimin
yanına. Sən demə, bir neçə gün ondan qabaq da bir məsələ üçün Mollanı
həmən hakimin yanına aparıblarmış. Hakim Mollanı görcək deyir:
– Molla, heç sənə ayıb deyilmi? Bununla ikinci dəfədir ki, sən bu
divanxanaya gəlirsən.
Molla soruşur:
– Bu divanxanaya gələndə nə olar ki?..
Hakim deyir:
–Necə yəni nə olar? Sən bilmirsən ki, buraya düz adam gəlməz?
Molla deyir:
– Balam, mən ömrümdə vur-tut ikicə dəfə buraya gəlmişəm. Sən
elə gündə buradasan ki!..
Top