Şəhər qazısının Molladan çox acığı gəlirdi. Bir gün bir məsələdən
ötrü Molla qazının yanına getməyə məcbur olur. Evinin qabağına
çatanda qazının pəncərədən baxıb çəkildiyini görür. Molla qapını
döyür. Qazının nökəri qapıya gəlib, xəbər alır:
– Kimi istəyirsən?
Molla deyir:
– Qazını görəcəyəm.
Nökər deyir:
– Ağam evdə yoxdur, bazara gedib.
Molla deyir:
– Qayıdanda ağana deyinən ki, bazara gedəndə bir də başını
yadından çıxardıb pəncərədə qoymasın. Yoxsa xalq elə bilər ki,
evdədir.
Top