Mollanın evi qazının evinin yanında imiş. Bir gün yaman yağış yağır.
Molla görür ki: budu, qazı evlərinə tərəf qaçır. Başını pəncərədən
çölə çıxardıb deyir:
– Qazı ağa, özünüz həmişə deyirsiniz ki, yağış allahın rəhmətidir.
Allahın da ki, rəhmətindən qaçmaq günahdır. Bəs özünüz niyə qaçırsınız?
Qazı bu sözə addımlarını yavaşıdır və evə çatınca islanıb cücəyə
dönür. Bu işdən bir neçə gün sonra, təsadüfən, bir gün yenə bərk yağış
yağır. Bu dəfə də Molla bazardan evə gəlirmiş. Yolda yağış bunu tutur.
Molla başlayır qaçmağa. Qazı pəncərədən onu görüb səslənir ki:
– Molla, rəhmətdən qaçmazlar. Niyə qaçırsan?
Molla cavabında deyir:
– Yox, qazı ağa, sən bilmirsən. Allahın rəhmətini ayaqlamaq günahdır.
Mən rəhmətdən qaçmıram, qorxuram ayaqlayam, günaha
batam. Onunçun qaçıram.
Top