Mollanın qazı olduğu günlərin birində hiyləgər bir dövlətli öz
dilsiz-ağızsız qonşusunun yaxasından tutub çəkə-çəkə gətirir Mollanın
yanına, deyir:
– Yuxuda görmüşəm ki, bu kişi mənə borcludu. İndi istəyirəm,
vermir.
Molla bir az fikirləşib deyir:
– Sən haqlısan qardaş! Yuxuda ki görübsən, demək, borcludur.
Ancaq bu zəhrimar qanun kitablarını çox pis yazıblar. Yuxuda görüləni
ayıqlıqda almağa yol vermir ki, vermir. Sən get yenə də yat, elə ki bir
də haman yuxunu gördün, ayılmamış qaç gəl mənim yanıma, tutum
borcunu alım verim.
Top