Günlərin birində Molla məscidə gəlir. Çıxıb minbərdə oturur ki:
– Camaat, kimin nə sualı var, versin mənə, alsın cavabını.
Adamlar başlayırlar sual verməyə. Ancaq hər kim nə sual verirsə
Molla deyir:
– Bunu bilmirəm.
Axırda birisi hirslənib deyir:
– Bilmirsən, bəs niyə dırmaşıbsan oraya? Heç olmazsa onu da bilmirsən
ki, bilməyən yuxarı dırmaşmaz?
Molla deyir:
– Mən bildiyim qədər dırmaşmışam. Başqaları kimi bilmədiyim
qədər dırmaşsaydım, indi buludlarda gəzirdim.
Top