Günlərin birində Molla öz oğlu ilə birlikdə gəmiyə minib haraya
isə gedirmiş. Yolda bərk tufan başlayır. Ləpələr gəmini alma kimi
atıb-tutur. Dəniz görməmiş Molla üzünü göyə tutub deyir:
– Ya pərvərdigar, sən bu tufanı sakit elə, biz buradan salamat qurtaraq,
nəzir eləyirəm ki evimizə çatan kimi məsciddə, bax, bu dor
ağacı boyda bir şam yandırım.
Oğlu bir atasına baxır, bir dor ağacına baxır, deyir:
– Ata, sən bu dor ağacı boyda şamı haradan tapacaqsan ki, yandırıb
məscidə qoyasan?
Molla tez oğlunun ağzını tutur ki:
– Kəs səsini, eşidər, başa düşər. Qoy tufanı yatırtsın, salamat qurtaraq,
sonra nəzirin dalından qaçmaq asandır.
Top