Tapılan ümumi test sayı : 7

Düzgün variantı seçin:
A) Modal sözlərin qrammatik mənası yoxdur
B) Şəkilçi qəbul etmir
C) Modal sözlərin leksik mənası olmur
D) Modal sözlərin cümlədə yeganə vəzifəsi ara söz olmaqdır
Modal sözlərin hansı xüsusiyyəti başqa köməkçi nitq hissələrinə aid edilə bilməz:
A) Qrammatik məna daşıyır
B) Müstəqil suala cavab olmur
C) Leksik mənası yoxdur
D) Müstəqil sintaktik vəzifəsi olur
Səhv variant hansıdır?
A) Modal sözlərin məna əsasını modallıq təşkil edir
B) Modal sözlərin cümlədə yeganə vəzifəsi ara söz olmaqdır
C) Başqa nitq hissələrinə aid sözlər cümlədə ara söz kimi işlənmir və modal məna vermir
D) Köməkçi nitq hissələri arasında yalnız modal sözlərin müstəqil sintaktik vəzifəsi var
“Bəlkə” sözü sintaktik vəzifəsinə görə nə sayılır?
A) Modal söz
B) Bağlayıcı
C) Qoşma
D) Ara söz
“ Nəhayət ” sözü nitq hissəsinə görə nədir?
A) Modal söz
B) Bağlayıcı
C) ara söz
D) Qoşma
Düzgün fikri seçin:
A) Söz birləşmələri modal məna ifadə etmir
B) Başqa nitq hissələrinə aid sözlər cümlədə modal məna vermir
C) Cümlədə modal məna verən hər sözü, hər ifadəni modal söz hesab etmək olmaz
D) Cümlədə modal məna verən hər sözü, hər ifadəni modal söz hesab etmək olar
Əsas və köməkçi nitq hissələrindən ibarət cərgəni seçin:
A) Ancaq, habelə, həmçinin
B) Yəni, həqiqətən, sözsüz
C) Məncə, hətta, mehriban, gözəl
D) Kitab, çanta, kərpic, bağ
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top