Tapılan ümumi test sayı : 8

Nidalar haqqında fikirlərdən biri yanlışdır:
A) Nidalar müəyyən hissi hallarla əlaqədar tələffüz edilən sözlərdir
B) Nidalar təəccüb, qorxu, təəssüf, hiddət və s. kimi hissləri ifadə edə bilir
C) Sözlərin və cümlələrin təsir gücünü qüvvətləndirən köməkçi nitq hissəsinə nida deyilir
D) Danışanın hiss və həyəcanını, qorxu və ya sevincini bildirən köməkçi nitq hissəsinə nida deyilir
Cümlələrdən hansında nida qorxu və narahatlıq bildirir:
A) Ay haray, köməyə gəlin
B) Allah sən saxla, vay – vay – vay
C) Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!
D) Of, ürəyim partlayır
Nida haqqındakı fikirlərdən hansı səhvdir?
A) Çağırış bildirən a, ay, ey nidalarından sonra vergül qoyulur
B) Cümlənin əvvəlində gələn nidalardan sonra vergül və ya nida işarəsi qoyulur
C) Cümlənin sonunda gələn nidalardan əvvəl vergül, sonra isə nida və ya üç nöqtə qoyulur
D) Nidalar dildə söz yaradıcılığında da iştirak edir
Nidalar haqqındakı fikirlərdən biri düzgündür:
A) Müstəqil leksik mənalı sözlər bəzən nidalara çevrilir
B) Cümlənin əvvəlində gələn nidalardan əvvəl vergül qoyulur
C) Nidalar dildə söz yaradıcılığında iştirak etmir
D) Cümlənin sonunda gələn nidalardan sonra vergül qoyulur
Şadlıq, sevinc bildirən nidalar hansılardır?
A) Hey, ay, aman, oho
B) Ay can, bəh – bəh, paho
C) Afərin, vay, ox
D) Vay, ay, pah atonnan
Beytdə işlənmiş nida hansı mənanı ifadə edir? (Of...Sənin gözlərin kor olsun, cəllad! Sənə demədimmi şirindir övlad!)
A) Həyəcan
B) Qəzəb
C) Yalvarış
D) Təəccüb
E) Təəssüf
Həm isim, həm də nida kimi işlənən sözləri göstərin
A) Of, afərin, aman
B) Ay, uy, oy
C) Bəh, ehey, vay
D) Xox, oy, ox
E) Ay, vay, ox
Modal sözün məna növlərinin hansında vergül qoyulmur?
A) Bənzətmə və müqayisə
B) Güman ,şübhə
C) Nəticə
D) Fikrin mənbəyi
E) Əminlik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top