Tapılan ümumi test sayı : 5

Təyini söz birləşmələri haqqındakı fikirlərdən biri yanlışdır:
A) I növ təyini söz birləşmələrinin tərəflərinin hər biri ayrı – ayrılıqda cümlə üzvü olur
B) II və III növ təyini söz birləşmələri tərəflərinə ayrılmadan bütövlükdə cümlənin bir üzvü kimi çıxış etmir
C) Tərkibindəki sözlərin mənası ayrılmağa imkan vermədikdə I növ təyini söz birləşmələri bütövlükdə cümlənin bir üzvü olur
D) I növ təyini söz birləşməsində I tərəf təyin rolunda, II tərəf isə cümlənin müxtəlif üzvləri rolunda çıxış edir
Qeyri – təyini söz birləşməsini seçin:
A) Yun corab
B) Ay işığı
C) Dosta sədaqət
D) Şairin şeirləri
Hansı fikir səhvdir?
A) III növ təyini söz birləşməsinin I tərəfi və II şəxs əvəzliklərinin cəmi ilə ifadə olunanda bəzən II tərəflərdə bunlara uyğun mənsubiyyət şəkilçiləri işlədilmir
B) Azərbaycan dilində ismi birləşmələrin növləri çoxdur
C) “ Qeyri – təyini ismi birləşmələr ” ismi birləşmələrin nisbətən çox işlənən növləridir
D) Gözləri dolğun, fikri aydın və s. “ qeyri – təyini ” ismi birləşmələrdir
Birinci tərəfi isim olmayan söz birləşməsini seçin:
A) Xəz palto
B) Cod parça
C) Dəri çəkmə
D) Çit paltar
“ Qeyri – təyini söz birləşmələri ” ni göstərin:
A) Əlində məktub, məktəb binası, qızıl üzük
B) Uca dağ, dağlardan uca, gözləri dolğun
C) Durna gözlü, kosmosa yol, insana hörmət
D) Şirin meyvə, başdan ayağa, mənalı söz
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top