Tapılan ümumi test sayı : 6

Tabelilik əlaqəsinə aid edilə bilər:
A) Bu əlaqədə olan sözlərdən biri o birinə tabe olmur
B) Bu əlaqənin üç növü var
C) Bu əlaqədə olan sözlərdən ikisi eyni qrammatik formada olur
D) Bu əlaqə eyni hüquqlu sözlər arasında olur
Tabelilik əlaqəli cümləni seçin:
A) Var olsun şeirimiz, şairlərimiz
B) Acılı, şirinli günlər görmüşük
C) Qızlar ilə oğlanlar yanaşı oturmuşdular
D) Vurğun qarlı dağları, əngillikləri sevirdi
Tabelilik əlaqəsinə aid edilə bilməz:
A) Bu əlaqədə olan sözlərdən biri o birinə tabe olur
B) Bu əlaqənin 3 növü var
C) Tabelilik əlaqəsi tabe sözdən tabeedici sözə doğru yönəlmiş oxla göstərilir
D) Tabelilik əlaqəsində olan sözlər ya intonasiya vasitəsilə, ya da tabesizlik bağlayıcıları ilə əlaqələnir
Cümlələrdən birində tabelilik əlaqəsi yoxdur:
A) Uşaq məktəbdən evə gəlir
B) Sənətkarı xalq yaşadır
C) Vətənə dözümlü və iradəli igidlər gərəkdir
D) Mən dünən dostumu bağda gördüm
Tabelilik əlaqəsində olan cümləni tapın:
a) O, gülləri, çiçəkləri sevir
b) Mən dünən dostumu bağda gördüm
c) Biz nöqtə qoymuşuq acıya, dərdə
d) Var olsun şeirimiz, şairlərimiz
A) b,c
B) b,d
C) a,c
D) a,d
Mübtəda ilə xəbər arasında işlənən və tabelilik əlaqəsinə aid olan əlaqə hansıdır?
A) Heç biri
B) Uzlaşma
C) İdarə
D) Yanaşma
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top