Tapılan ümumi test sayı : 7

Nəqli cümlə ilə əlaqədar hansı fikir səhvdir?
A) Nəqli cümlələrdə sözlərin qrammatik sırası gözlənilmir
B) Nəqli cümlələr adi intonasiya ilə tələffüz edilir
C) Bu cümlələr bir hadisə, əşya, əlamət və s. haqqında məlumat vermək məqsədi ilə işlədilir
D) Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir
Hansı nümunədə nəqli cümlə vardır?
A) Tez olun, tutun Eldarı!
B) Dünyada əlli milyon azərbaycanlı var
C) Mən də o günləri yaşasaydım, ah!
D) Azərbaycan Respublikasının dövlət bayrağı neçə rəngdədir
Nəqli cümləyə aid olanlardan düzgün fikri seçin:
A) Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir
B) Azərbaycan dili cümlələrində sözlərin qanunauyğun sırasından danışanda, əsasən, sual cümlələri nəzərdə tutulmur
C) Nida cümlələrinin üç növü var
D) Sual məqsədi ilə işlədilən cümləyə nida cümləsi deyilir
Hansı nümunədə nəqli cümlə yoxdur?
A) Dünyada əlli milyon azərbaycanlı var
B) Bir gün göyərçinlərim qanadlanıb uçdular
C) Yenə də hər zaman ürəyimdəki sənsən
D) Gün o gün olsun ki, qurtarsın dava
Səhv fikri göstərin:
A) Azərbaycan dili cümlələrində sözlərin qanunauyğun sırasından danışanda, əsasən, sual cümlələri nəzərdə tutulur
B) Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir
C) Nəqli cümlələrdə sözlərin qrammatik sırası daha çox gözlənilir
D) Nəqli cümlələrin xəbərlərinin ifadə vasitələri azdır
Bu cümlələrdən hansı nəqli cümlədir?
A) Mən kəndə gedəcəm
B) Dostlarını axtarırsan?
C) Daima yaşa Azərbaycan!
D) Mənimləsən?
E) Bura gəl
Nəqli cümlənin sonunda hansı işarə qoyulur?
A) Sual
B) Vergül
C) Nöqtə
D) Nida
E) İki nöqtə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top