Tapılan ümumi test sayı : 121

Aşağıdakı ardıcıllığa görə illər hansı variantda düzgün göstərilmişdir? Şirvanşahlar, Salarilər, Sacilər
A) 941-ci il, 861-ci il, 879-cu il
B) 861ci il, 879-cu il, 941-ci il
C) 941-ci il, 879-cu il, 861-ci il
D) 861-ci il, 941-ci il, 879-cu il
879 – cu ildə yaradılmış Azərbaycan dövləti:
A) Salarilər
B) Sacilər
C) Rəvvadilər
D) Şəddadilər
898 – 900 – cu illərdə öz adından pul kəsdirdi:
A) Əbu Sac Divdad
B) Məhəmməd ibn Əbu Sac
C) Yezid ibn Məzyəd
D) Yusif ibn Əbu Sac
Sacilər dövlətinin paytaxtları:
a)Şirvan
b)Marağa
c)Təbriz
d)Ərdəbil
e)Gəncə
A) a,c
B) b,d
C) a,b
D) d,e
Bütün Azərbaycan torpaqlarını ilk dəfə vahid halda birləşdirmişdi:
A) Şirvanşahlar dövləti
B) Salarilər dövləti
C) Sacilər dövləti
D) Rəvvadilər dövləti
Sacilər dövlətinin yaranması ilə xilafət xəzinəsinə xərac göndərilməsinin dayandırılması arasında neçə il fərq var?
A) 42
B) 25
C) 33
D) 18
Sacilər sülaləsinin başçısı hansı ləqəbi daşıyırdı?
A) şah
B) sultan
C) əmir
D) afşin
E) şahənşah
Sacilərin sonuncu hökmdarı kim olub?
A) Məhəmməd ibn Əbu Sac
B) Mərzban İbn Məhəmməd
C) Deysəm
D) Əbu Sac Divdad
E) Yusuf ibn Əbu Sac
Sacilər dövlətinin varlığına kim son qoydu?
A) Mərzban İbn Məhəmməd
B) Heysam ibn Xalid
C) İbrahim ibn Mərzban
D) Məhəmməd ibn Şəddad
E) II Fəzl
Sacilər dövlətinin varlığına nə zaman son qoyuldu?
A) 879-cu ildə
B) 941-ci ildə
C) 981-ci ildə
D) 912-ci ildə
E) 951-ci ildə
Hansı Saci hökmdarı erməni və gürcü hakimlərinin qoşunlarını ağır məğlubiyyətə uğratdı, Ermənistan ərazisini, Tiflis və Kaxeti ələ keçirdi?
A) Yusuf ibn Əbu Sac
B) Məhəmməd ibn Əbu Sac
C) Deysəm
D) Mərzban İbn Məhəmməd
E) Əbu Sac Divdad
Sacilərin varlığına son qoyan dövlət hansı oldu?
A) Salarilər
B) Şirvanşahlar
C) Şəddadilər
D) Ərəb xilafəti
E) Hülakülər dövləti
Hansı Saci hökmdarı Xilafət xəzinəsinə bac ödəməkdən imtina etdi?
A) Deysəm
B) Məhəmməd ibn Əbu Sac
C) Mərzban İbn Məhəmməd
D) Yusuf ibn Əbu Sac
E) Əbu Sac Divdad
Sacilər dövləti yaradılmışdır:
A) Türk mənşəli sülalə tərəfindən
B) Rus mənşəli sülalə tərəfindən
C) Fars mənşəli sülalə tərəfindən
D) Ərəb mənşəli sülalə tərəfindən
E) Monqol mənşəli sülalə tərəfindən
Hansı Saci hökmdarının dövründə Sacilər ən qüdrətli dövrünü yaşadı?
A) Məhəmməd ibn Əbu Sacın
B) Mərzban İbn Məhəmmədin
C) Yusif ibn Əbu Sacın
D) Əbu Sac Divdadın
E) Deysəmin
Bütün Azərbaycanı sacilərin hansı hökmdarı birləşdirib
A) Yusif Ibn Ebu Sac
B) Mehammed Ibn Ebu Sac
C) Afsin
D) Ebu Sac Divdad
Hansı Saci hökmdarı xilafət xəzinəsinə xərac göndərilməsini tamamilə kəsdi?
A) Məhəmməd İbn Əbu Sac
B) Afşin Heydər İbn Kavus
C) Sacilər Sülaləsi
D) Əbu Sac Divdad
E) Yusif İbn Əbu Sac
Sacilər dövlətinin paytaxtı olmuşdur:
A) Ərdəbil
B) Zəncan
C) Gəncə
D) Mərənd
E) Təbriz
Saci hökmdarı Yusifin adına hansı şəhərlərdə pul kəsilirdi?
A) Naxçıvan, Ərdəbil, Marağa
B) Bərdə, Marağa, Ərdəbil
C) Dərbənd, Bərdə, Marağa
D) Beyləqan, Ərdəbil, Təbriz
Xilafətin ordusunda xidmətə görə hansı torpaqlar Əbu Sac Divdada mülk olaraq verilmişdir?
A) Bütün Azərbaycan torpaqları
B) Şamaxı və Şirvan
C) Bərdə və Gəncə
D) Dərbənd və Gilan
E) Ərdəbil və Təbriz
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top