Tapılan ümumi test sayı : 16

"Kitabi-Dədə Qorqud"dastanında "qara donlu kafirlər"in məkrli siyasətinin ən qabarıq halı olan boy hansıdır?
A) "Uzun qoca oğlu Seyrək boyu"
B) "Salur Qazanın evinin yağmalanması"
C) "Duxa qoca oğlu Dəli Domrul boyu"
D) "Bəkil oğlu İmran boyu"
Oğuzlar şəhid düşən igidin atına nə edirdilər?
A) başını kəsirdilər,
B) qulağını kəsirdilər,
C) nallarını sökürdülər,
D) quyruğunu kəsirdilər,
"Kitabi-Dədə Qorqud" dastanında oğuzlar öz içərilərində suçu(təqsiri)olanı baxışlayarkən nə edirdilər?
A) köynəkdən keçirirdilər,
B) yurddan uzaqlaşdırırdılar,
C) məzəmmət edirdilər,
D) qılıncın altından keçirirdilər,
"Kitabi-Dədə Qorqud" dastanında oğuzların qızıl pulları necə adlanırdı?
A) altun tümən
B) altun balış
C) altun axça
D) altun dirhəm
Dastanda "Qara donlu kafirlər" adlandırılmırdı?
A) Bizans feodalları
B) erməni feodalları
C) ərəb feodalları
D) gürcü feodalları
Oğuzlar üçün ən dəhşətli mənzərə nə idi?
A) yaralıların iniltisi,
B) qardaş qırğını,
C) boş qalmış yurd,
D) döyüş meydanı,
Məşhur səyyahlar Dədə Qorqudun harada dəfn olunduğunu təsdiq edirlər?
A) Bərdədə
B) Naxçıvanda
C) Dərbənddə
D) Diyarbəkirdə
"Kitabi-Dədə Qorqud" dastanında oğuzların qışlağı və yaylağı olan ərazilər hansı variantda düzgün göstərilmişdir?
A) Şirvan qışlaq, Naxçıvan yaylaq
B) Qarabağ yaylaq, Şirvan qışlaq
C) Qarabağ qışlaq, Alagöz yaylaq
D) Qarabağ qışlaq, Muğan yaylaq
Oğuzların kiçik ölüm adlandırdığı nədir?
A) xəyanət
B) şərab
C) yuxu
D) qorxu
Düşmən üzərində qələbədən sonra oğuz igidlərinə nə paylanılırdı?
A) mal-qara
B) torpaq
C) qul
D) qızıl
Neçənci ildə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi qeyd olunmuşdur?
A) 1990-cı ildə
B) 2010-cu ildə
C) 2000-ci ildə
D) 2005-ci ildə
IX əsrdən Azərbaycanda elm və təhsil dilinə çevrildi,
A) fars dili
B) ərəb dili
C) Azərbaycan dili
D) türk dili
IX əsrdən etibarən Azərbaycanda hansı elmlərə maraq xeyli dərəcədə artmışdır?
A) dilçilik elminə
B) dini elmlərə
C) dəqiq elmlərə
D) təbiət elmlərinə
IX-X əsrlərə aid memarlıq abidəsi deyildir
A) Amaras monastırı
B) Əlincə qalası
C) Xudafərin körpüsü
D) Tərtər çayı üzərində çaylaq daşından tikilmiş körpü
Şamaxının Sündü kəndində mərkəzi günbəzli məscid nə vaxt inşa olunub?
A) 910-cu ildə
B) 920-ci ildə
C) 1020-ci ildə
D) 820-ci ildə
1027-ci ildə inşa olunan Xudafərin körpüsü neçə aşırımlıdır?
A) 15 aşırımlı
B) 13 aşırımlı
C) 12 aşırımlı
D) 9 aşırımlı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top