Tapılan ümumi test sayı : 72

Xilafətin zəiflədiyi dövrdə Bizans imperiyası, erməni və gürcü feodallardan ibarət vahid xristian blokuna qarşı mübarizənin taleyi həll olunurdu:
A) Azərbaycan cəbhəsində
B) Avropa cəbhəsində
C) Bizans cəbhəsində
D) İran cəbhəsində
Səlcuqlar dövründə Azərbaycanda meydana gələn torpaq mülkiyyət forması:
A) İqta torpaq sahibliyi
B) Soyurqal torpaq sahibliyi
C) Tiyul torpaq sahibliyi
D) Uc torpaq sahibliyi
Sonuncu Səlcuq hökmdarı:
A) Sultan Səncər
B) I Toğrul
C) I Məlikşah
D) Alp Arslan
Səlcuq sultanlarının vəliəhdlərinin tərbiyəçiləri adlanırdı:
A) Əmirlər
B) Mərzbanlar
C) Sultanlar
D) Atabəylər
Böyük Səlcuq imperatorluğu faktiki olaraq ayrı – ayrı dövlətlərə parçalandı:
A) Alp Arslanın dövründə
B) Sultan Səncərin dövründə
C) Sultan I Toğrulun dövründə
D) I Məlikşahın dövründə
Sultanın ən yaxşı əmirlərinə iqta kimi verilmiş Azərbaycan vilayətləri:
1) Arran
2) Gəncə
3) Dərbənd
4) Təbriz
5) Şirvan
6) Marağa
A) 1,4,5
B) 3,4,6
C) 1,3,5
D) 2,3,4
Hərbi – siyasi dayaq yaratmaq məqsədilə Səlcuq sultanları hansı torpaq mülkiyyət formasını ən yaxşı əmirlərinə paylayırdılar?
A) Xostak
B) İncu
C) Uc
D) İqta
Ən çox iqta paylamış Səlcuq sultanı:
A) Sultan Səncər
B) Məlik şah
C) Alp Arslan
D) Sultan I Toğrul
Oğuz – türk tayfaları bütün Cənubi Qafqazda və Ön Asiyada başlıca etnik və siyasi amilə çevrildi:
A) Slavyanların axınları nəticəsində
B) İskitlərin axınları nəticəsində
C) Səlcuq axınlarının nəticəsində
D) Alanların və hunların axınları nəticəsində
Səlcuq sultanları hansı torpaq mülkiyyət formasını ən yaxşı əmirlərinə paylayırdılar?
A) İncu
B) Xostak
C) Uc
D) Heç birini
E) İqta
Uc torpaqları müqayisə edilirdi
A) Əhəmənilər imperiyasındakı satraplıqlarla,
B) Xilafətdəki əmirliklərlə,
C) Sasanilərdəki mərzbanlıqlarla,
D) Frank imperiyasındakı markqraflıqlarla,
Səlcuq döyüşçülərinin atlarını nallamaq üçün alınan vergi necə adlanırdı?
A) nal pulu
B) üşr
C) nal bahası
D) at ayağı
Məhz bu qüvvə xaç yürüşləri zamanı səlibçilərə ağır zərbə vurmuşdur
A) Qəznəvilər
B) Ərəblər
C) Qaraxanlılar
D) Oğuz- türk tayfaları
Uc torpaqları kimlərə paylamışdı?
A) xalqa
B) kəndçilərə
C) dövlətə
D) sərkərdələrə
E) sərhədləri qoruyanlara
1015 – ci ildə Səlcuq türklərinin hücum hədəfi oldu:
A) Azərbaycan torpaqları
B) Gürcüstan torpaqları
C) İran torpaqları
D) Bizans torpaqları
Səlcuqlar paytaxtı Nişapur olan Səlcuq dövlətini yaratdılar:
A) 1036 – cı ildə
B) 1043 – cü ildə
C) 1040 – cı ildə
D) 1038 – ci ildə
Səlcuq dövlətinin ilk hökmdarı kim olmuşdur?
A) Alp Arslan
B) Sultan Səncər
C) I Məlikşah
D) Sultan Toğrul
Dəndənəkan vuruşması nə vaxt baş verdi?
A) 1040 – cı ildə
B) 1038 – ci ildə
C) 1048 – ci ildə
D) 1054 – cü ildə
1043 – cü ildə Səlcuq dövlətinin paytaxtı köçürüldü:
A) Nişapur şəhərinə
B) İsfahan şəhərinə
C) Rey şəhərinə
D) Təbriz şəhərinə
Sultan I Toğrulu bütün “ Şərqin və Qərbin hökmdarı “ kimi təsdiq etdi:
A) Əməvi xəlifəsi
B) Abbasi xəlifəsi
C) Şirvan hökmdarı
D) Bizans hökmdarı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top