Tapılan ümumi test sayı : 110

1677 – ci ildə Qacar və Bayat tayfalarının qiyamı üçün səciyyəvidir:
A) Osmanlıya qarşı yönəlməsi
B) Əfqanlara qarşı yönəlməsi
C) Hacı Davuda qarşı yönəlməsi
D) Səfəvilərə qarşı yönəlməsi
Səfəvi dövlətinin iqtisadi tənəzzülünün səbəblərindən biri deyil:
A) İpək Yolunun öz əhəmiyyətini tədricən itirməsi
B) Rəhdar sisteminin ləğv edilməsi
C) Əkin sahələrinin azalması və su təchizatının zəif olması
D) Azərbaycanda istehsal olunan mallara Avropada tələbatın artması
1677 – ci ilə aiddir:
A) Səfəvi – Rusiya ticarət müqaviləsi
B) Çuxursəd qiyamının baş verməsi
C) Şamaxıda zəlzələnin baş verməsi
D) Nardaran məscidinin inşası
Çuxursəd bəylərbəyliyində baş vermiş üsyanın səbəbi nə idi?
A) Mükəlləfiyyətlərin artırılması
B) Vergilərin artırılması
C) 2 il ərzində maaşların ödənilməməsi
D) Bəylərin özbaşınalığı
Çuxursəd bəylərbəyliyində baş vermiş üsyanda iştirak etmiş tayfalar:
a) bayat
b) qacar
c) əfşar
d) oyrat
A) a,d
B) a,b
C) b,c
D) b,d
Səfəvi dövləti hüdudlarında ticarətin, əmtəə mübadiləsinin inkişafı üçün əngələ çevrilmişdi. A)Siyasi həyatdakı böhran. B)Sikkələrin xarab olması. C)Feodal əyanlarının gəlirlərinin azalması. D)Qızıl və gümüş pulların dövriyyədən çıxması. ə)İpək ixracının azalması
A) c. d
B) b. c
C) d. e
D) b. d
E) a. b
Ordubazarlarında asayişə kim başçılıq edirdi?
A) Qolbəyi
B) Darğa
C) Bəylərbəyi
D) Ordubəyi
Təbrizdə 15 min dükkanın fəaliyyət göstərdiyini, oradakı bazarın isə Avropada ən böyük bazar olduğunu göstərmiş səyyah:
A) A.Oleari
B) Şarden
C) Streys
D) Kempfer
Ölkənin daxili ticarətində müstəsna rol oynayan şəhərlərdən biri deyil:
A) Ordubad
B) Ərdəbil
C) Şəki
D) Bakı
Azərbaycanda və qonşu ölkələrdə xarici ticarət mərkəzləri idi:
A) Ordubazarları
B) Yarmarkalar
C) Karvansaralar
D) Həftəbazarları
XVII əsrin ikinci yarısında Azərbaycanda nominal pul vahidi idi:
A) Qazıbəyi
B) Abbası
C) Dinar
D) Şahı
Karvansaralarda karvansaraçı nəzarət etmirdi
A) Malların çeşidinə
B) Razılaşdırılmış qiymətlərə
C) Çəkisinin və miqdarının dürüstlüyünə
D) Əmtəələrin keyfiyyətinə
E) Ticarətin qayda qanunla aparılmasına
Əmtəə pul münasibətlərinin zəif inkişaf etdiyi bölgələrdə alver gedirdi
A) Şəhər bazarlarında
B) Həftəbazarlarda
C) Yarmarkalarda
D) Karvansaralarda
E) Ordu bazarlarda
Azərbaycanda ticarət məskənləri var idi
A) Rusların
B) Farsların
C) Ərəblərin
D) Osmanlıların
E) Hindlilərin
Azərbaycanın bu şəhərində pul hazırlanan zərbxana yox idi
A) Ərdəbil
B) Bakı
C) Gəncə
D) Təbriz
E) İrəvan
Osmanlılar Azərbaycandan almağa çox maraq göstərirdilər
A) Cins atlar və dəvələr
B) Xalça və palaz
C) Qara və ağ neft
D) Xırda buynuzlu heyvanlar
E) Zəfəran
Ordu bazarlarda qiymətlər şəhər bazarlarındakı qiymətlərdən(lə) ..
A) yüksək olurdu
B) aşağı olurdu
C) mövsümə görə fərqlənirdi
D) siyasi vəziyyətə görə fərqlənirdi
E) eyni idi
XVII əsrin II yarısında ticarət dövriyyəsi və sənətkarlıq istehsalı baxımından xüsusilə fərqlənirdi
A) Naxçıvan.
B) Bakı
C) Təbriz
D) Ərdəbil
E) Ordubad
XVII əsrin ikinci yarısında Azərbaycanda sənətkarların bölündüyü qruplardan biri deyil:
A) Sarayda fəaliyyət göstərənlər
B) İri feodal emalatxanalarında işləyənlər
C) Fərdi fəaliyyət göstərənlər
D) Xüsusi təşkilatlarda birləşənlər
XVII əsrin ikinci yarısında Azərbaycanda mühüm sənətkarlıq mərkəzi idi:
A) Bakı
B) Ərdəbil
C) Marağa
D) Təbriz
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top