Tapılan ümumi test sayı : 88

1805-ci ilin mayında Rusiya ilə Kürəkçay müqavilələrini imzalamış xanlıqlar
A) İrəvan və Naxçıvan xanlıqları
B) Qarabağ və Şəki xanlıqları
C) Şəki və Şamaxı xanlıqları
D) Qarabağ və Naxçıvan xanlıqları
E) İrəvan və Qarabağ xanlıqları
Rusiyanın ali hakimiyyətini qəbul etmək üçün Şamaxı xanı Mustafa xanın irəli sürdüyü tələblər hansı cavabda öz əksini tapmışdır.A)Bir neçə il müddətinə Azərbaycanın şimal xanlıqlarının onun tabeliyinə keçməsini.B)Rusiya xəzinəsinə vergi verməkdən imtina.C)Ona aylıq maaş təyin olunması.D)Xanlıqda yerləşdiriləcək rus qoşunlarının Şamaxı xanına tabe edilməsi.E)Xarici siyasət məsələlərində xana tam sərbəstlik verilməsi
A) a.b.c
B) b.c.d
C) b.c.e
D) a.c.e
E) c.d.e
Qarabağ və Şəki xanlarının Şamaxı xanlığını tutmaqda Sisianova kömək etmələrinin səbəbi
A) Kömək əvəzində Sisianov Şamaxı torpaqlarının bir hissəsini Səlim xana Cavad torpaqlarını isə İbrahimxəlil xana verəcəyini vəd etmişdi
B) Kömək əvəzində Rusiya bu xanlıqlara müstəqillik vəd etmişdi
C) Kömək əvəzində Rusiya Şamaxı xanlığının ərazisini bu xanlıqlar arasında bölüşdürməyi vəd etmişdi
D) Kömək əvəzində Rusiya bu xanlıqları illik xərac ödəməkdən tamamilə azad edirdi
E) Kömək əvəzində Rusiya bu xanlıqları 5 il müddətində xərac ödəməkdən azad edəcəkdi
Şamaxı xanlığını tabe etmək üçün yürüşə başlayan Sisianova kömək üçün atlı dəstələri göndərən xanlıqlar
A) Bakı və Quba xanlıqları
B) Lənkəran və Qarabağ xanlıqları
C) Bakı və Lənkəran xanlıqları
D) Qarabağ və Şəki xanlıqları
E) Quba və Şəki xanlıqları
Sisianov İrəvan xanı Məhəmməd xana təklif etdi
A) İranla Rusiya arasında başlanmış müharibədə bitərəf qalmağı
B) Rusiyaya tabe olmağı
C) İrana qarşı Rusiya ilə ittifaq bağlamağı
D) Osmanlı dövləti ilə bütün əlaqələri kəsməyi
E) İrana qarşı müharibəyə başlamağı
Osmanlı sultanı hansı şərtlər daxilində Ağa Məhəmməd Qacarı İran şahı kimi tanıyacağını bildirmişdi
A) Gürcüstanı ələ keçirərdisə
B) Osmanlı dövləti ilə müharibə etməmək şərti ilə
C) Azərbaycanın cənubunda möhkəmlənərdisə
D) Azərbaycanın şimal torpaqlarını tərk edərdisə
E) Tiflis üzərinə hücumu dayandırardısa
1904-cü ilin mayında İran Rusiyadan tələb etdi
A) Rus qoşunlarının Azərbaycandan çıxarılmasını
B) Azərbaycan xanlıqları ilə bağlı İranla dərhal danışıqlara başlamasını
C) Car-Balakənin boşaldılmasını
D) Rus qoşunlarının Cənubi Qafqazı tərk etməsini
E) Gəncəni tərk etməyi
İranla Rusiya arasında ilk döyüş baş verdi
A) İrəvan yaxınlığında Qəmərli kəndində
B) Gəncənin iki verstliyində Quru qobu adlı yerdə
C) Nizaminin məqbərəsi yaxınlığında
D) Üçmüədzin monastırının divarları yaxınlığında
E) Car-Balakən ərazisində
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top