Tapılan ümumi test sayı : 4

Xəbər haqqındakı fikirlərdən biri yanlışdır:
A) Əgər xəbər yoxdursa, cümlə də yoxdur
B) Xəbər məna və qrammatik cəhətdən mübtədaya tabe olmur
C) Cümlənin əsas əlamətlərindən biri xəbərə malik olmaqdır
D) Xəbər cümlənin əmələ gəlməsində xüsusi rol oynayan cümlə üzvüdür
Hansı cümlənin xəbəri mürəkkəbdir?
A) Biz bu gün yola düşəcəyik
B) Ramil istədiyi universitetə qəbul olundu
C) Bu uşaqlar şəhərdəki on nömrəli orta məktəbdə oxuyurdular
D) Aytacın atası yaxşı diş həkimidir
Xəbər ilə bağlı hansı fikir səhvdir?
A) Xəbərlə mübtəda arasında uzlaşma əlaqəsi olur
B) Xəbərin qrammatik cəhətdən mübtədaya tabe olması qrammatik cəhətdən onunla uyğunlaşmasıdır
C) Xəbər mübtədaya aid hərəkət və əlamət bildirir
D) Xəbər cümlənin heç bir üzvünə tabe olmayan ən müstəqil üzvdür
Xəbər hansı cümlə üzvündən asılıdır?
A) təyin
B) mübtəda
C) tamamlıq
D) zərflik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top