Tapılan ümumi test sayı : 5

Tamamlıq haqqında hansı fikir səhvdir?
A) Tamamlığın iki növü var
B) İkinci dərəcəli baş üzvlərlə bağlı olur və onları aydınlaşdırır
C) Əşya bildirir
D) İkinci dərəcəli cümlə üzvüdür
Tamamlığa aid olanlardan hansı düzgündür?
A) İki növü var: vasitəli və vasitəsiz tamamlıq
B) Quruluşca yalnız sadə olur
C) İsmin adlıq halında işlənir
D) İsmin yiyəlik halında işlənir
Tamamlıq, əsasən, hansı cümlə üzvü ilə bağlı olur?
A) Zərfliklə
B) Təyinlə
C) Feli xəbərlə
D) İsmi xəbərlə
Hansı cümlədə tamamlıq ikinci növ təyini söz birləşməsi ilə ifadə olunmuşdur?
A) Mətni düzgün oxumağı öyrənin
B) Elin sərvətini göz bəbəyi kimi qoruyun
C) Vətənin keşiyində duranlara qayğı gərəkdir
D) Tükəz xala tez çırağı yandırdı
Hansı cümlənin tamamlığı məsdərlə ifadə olunmuşdur?
A) Biz onu tanıyırıq
B) Yaxşını pisdən ayırın
C) Gələnləri qarşılayın
D) Yaşamağı atalardan öyrənin
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top