Tapılan ümumi test sayı : 6

“ Əsmər xala İlyası burada – Tamamın evində gördükdə təəccübləndi ” cümləsinin sintaktik təhlili ilə bağlı fikirlərdən biri doğru deyil:
A) Cümlənin feli xəbəri sadədir
B) Feli bağlama tərkibi zaman zərfliyidir
C) Tabesiz mürəkkəb cümlədir
D) Sadə geniş cümlədir
“ Sahilə çırpılan ləpələr xırda balıqqulaqlarını toz kimi ətrafa səpələyirdi ” cümləsinin sintaktik təhlili ilə bağlı səhv fikri göstərin:
A) Feli xəbərli sadə cümlədir
B) İdarə əlaqəsinin asılı tərəfi olan sözlər eyni cümlə üzvü deyil
C) Yanaşma əlaqəsində olan üç söz var
D) Təyinləri quruluşca sadədir
“ Ağıllı övladın anadan aldığı tərbiyə ayın parlaq günəşdən aldığı işıqdır ” cümləsində hansı cümlə üzvləri işlənməmişdir?
A) Təyin, tamamlıq
B) Təyin, zərflik
C) Tamamlıq, zərflik
D) Mübtəda, tamamlıq
Hansı cümlələrin sintaktik təhlili eyni sxemə uyğundur?
1. Qardaşım Vətən uğrunda şəhid oldu
2. Deməli, sən bu hadisələrin əsas günahkarısan
3. Bu il məhsulumuz birə - beş artacaqdır
4. Qələm qılınc kimi itidir
İstinad : bilikli.net
A) 2,4
B) 1,4
C) 1,2
D) 3,4
"Qarlı bənövşələr qarı qaldırıb can atır günəşə"
nümunəsinin sintaktik təhlilindəki səhvi tapın:
A) Cümlənin təyini və mübtədası sadədir
B) Qaldırıb və can atır həmcins təyinlərdir
C) Xəbər frazeoloji birləşmə ilə ifadə olunub
D) Bütün cümlə üzvləri iştirak edir
Biz kəndə gedəndə sizi gördük cümləsinin tərkibindən hansı söz çıxarılırsa, onun sintaktik təhlil sxemi dəyişməz?
A) Gördük
B) Gedəndə
C) Sizi
D) Biz
E) Kəndə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top