Tapılan ümumi test sayı : 8
1)
Cümlə üzvlərinin əlavəsi haqqındakı fikirlərdən hansı yanlışdır?
Xəta bildir
A)
Mübtəda üçüncü şəxsə aid sözlə ifadə olunursa, əlavə şəxs və kəmiyyətə görə onunla uyğun olmur
B)
Yazılı nitqdə əlavə ilə onun aid olduğu cümlə üzvü arasında tire, bəzən vergül qoyulur
C)
Cümlə üzvündən sonra gələrək cümlə üzvünün mənasını izah edən, konkretləşdirən sözlərdir
D)
Təyindən başqa, hər bir cümlə üzvünün əlavəsi ola bilər
2)
Hansı cümlədə mübtədanın əlavəsi işlənmişdir?
Xəta bildir
A)
Küçələrə çıxanların içərisində iki gənc – İlyasla Fəxrəddin də var idi
B)
Qızım, Aysel, yaxına gəl
C)
Bura mənim vətənimdir – Azərbaycandır
D)
O, kəndimizə yaz aylarında – gül – çiçək fəslində gəlmişdi
3)
Hansı cümlədə zərfliyin əlavəsi işlənmişdir?
Xəta bildir
A)
Fərhad öz təhsilini Xətada – Çində almış, qüdrətli bir sənətkar olmuşdur
B)
Sənin kimi gənclərin əsil cəbhəsi buradır – kənddir
C)
İndi bahar fəslidir – yazdır
D)
Bura mənim vətənimdir – Azərbaycandır
4)
“ Arvad mənə, yəni pəncərəsində yaşıl pərdə çəkilmiş bu kiçik yataq otağında tir – tap uzanıb qalmış xəstəyə şalfeydən qarqara üçün dəm hazırlayır ” cümləsində işlənmişdir:
Xəta bildir
A)
Cümlə üzvünün əlavəsi
B)
Ümumiləşdirici söz
C)
Ara söz
D)
Həmcins üzv
5)
“ Düşünənlər irəlidə - dağın arxasında idi ” cümləsində hansı üzv əlavəli işlənmişdir?
Xəta bildir
A)
Tamamlıq
B)
Mübtəda
C)
Xəbər
D)
Zərflik
6)
Hansı cümlədə mübtədanın əlavəsi vardır?
Xəta bildir
A)
Dostlarımdan birinə - Ülviyə bayram hədiyyəsi verildi
B)
Kəndin kənarında, qayalıqda kəklikotu yığırdıq
C)
Bura mənim Vətənimdir, Azərbaycandır
D)
Cavid Qasımlı – gənc alim xarici ölkələrin elmi jurnallarında məqalələr çap etdirir
7)
Verilmiş cümlədə əlavə nəyə aiddir? Bakıya – respublikamızın paytaxtına getmişdik
Xəta bildir
A)
Tamamlıq
B)
Təyin
C)
Xəbər
D)
Zərflik
8)
Cümlələrin birində yer zərfinin əlavəsi işlənmişdir:
Xəta bildir
A)
Qapını döyən mənim - dostumdur.
B)
Orada – otağın qarşısındakı alaçıqda bir dirək basdırılmışdı
C)
Bütün sahə - quyular bir anda onun gözləri qarşısında canlandı
D)
Daha içəridə - dəzgahların yanında işləyənlər heç bir təşviş göstərmirdilər
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab