Tapılan ümumi test sayı : 5

Cümlə üzvlərinin sırasının pozulması haqqında fikirlərdən hansı səhvdir?
A) Cümlə üzvləri müəyyən qanunauyğunluqla sıralanır
B) Şeirlərdə cümlə üzvlərinin sıralanmasının nisbi sərbəstliyi təbiidir
C) Mübtəda ilə xəbər heç vaxt yerini dəyişmir
D) Bəzən cümlə üzvlərinin qanunauyğunluqla sırası pozulur
Hansı fikir səhvdir?
A) Cümlə üzvləri müəyyən qanunauyğunluqla sıralanır
B) Yalnız baş üzvlərdən ibarət olan cümlələrdə əvvəl mübtəda, sonra xəbər işlənir
C) Mübtəda ilə xəbər yerini dəyişdikdə cümlə üzvlərinin sırası pozulur
D) Dilimizdə zərfliklərin cümlənin əvvəlində işləndikləri halları yoxdur
Hansı cümlədə cümlə sırası pozulmamışdır?
A) Zarafatdır bəyəm hökumət işi
B) Müəllim yeni sözləri ucadan və xüsusi vurğu ilə deyirdi
C) Axşam narın yağış yağırdı
D) Dünən məktəbimizdə gənc şairlərlə görüş keçirildi
Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlığı cümlədə hansı cümlə üzvündən ayırmaq olmur?
A) xəbərdən
B) təyindən
C) mübtədadan
D) zərflikdən
Cümlədə hansı cümlə üzvünün yeri sabit qalır?
A) xəbər
B) mübtəda
C) zərflik
D) təyin
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top