Tapılan ümumi test sayı : 7

Həmcins mübtədalı cümlə hansıdır?
A) Aytən, Nadir, Kitabları gətirin
B) Şuşa, Laçın, Kəlbəcər azad olunmalıdır
C) Qızıl və gümüş saatlar aldılar
D) Kitab, dəftər və qələm satırlar
Həmcins zərflikli cümləni göstərin:
A) Eşq olsun bu müqəddəs varlığa
B) Sonra parkın kənarı ilə keçərək məktəbə doğru yollandıq
C) Ona görə də təbiətə qayğı və məhəbbətlə yanaşılmalıdır
D) Mikayılın və döyüş yoldaşlarının payına çətin vəzifə düşmüşdü
Həmcins üzvlü cümləni göstərin:
A) Gah sulara baş vurub lap dərinliklərə enir, gah da süzüb suyun üzünə çıxır
B) Nə ağac vardı, nə də kölgəlik
C) Sular göz yaşı kimi dumduru idi
D) Al - əlvan çiçəklərin xoş ətri ətrafa yayılmışdı
“ Sən ellər toyusan, ellər bayramı ” cümləsindəki həmcins üzvdə hansı şəkilçi ixtisar olunub?
A) Cəm şəkilçisi
B) Zaman şəkilçisi
C) Şəxs şəkilçisi
D) Hal şəkilçisi
Aşağıdakı fikirlərdən biri səhvdir:
A) Cümlənin bütün üzvləri həmcins ola bilər
B) “ ki ” bağlayıcısı həmcins üzvlər arasında işlənə bilir
C) Həmcins üzvlər arasında tabesizlik əlaqəsi olur
D) Həmcins üzvlərdə zaman şəkilçiləri ixtisar oluna bilər
Həmcins üzvlərlə bağlı olan cümləni göstərin:
A) Adam böyüyə cavab qaytarmaz
B) Evə gələn qonaqlar bizdən razı getdilər
C) Bizim evimizdə qiymətli kitablar var
D) Yaralılara kömək etməliyəm
E) Sevdim meyvələrin yeyilənini Almanı, heyvani narı çox sevdim
Cümlədə sadalanan üzvlər arasında hansı durğu işarəsindən istifadə olunur?
A) Mötərizə
B) Vergül
C) Nöqtə
D) Qoşa nöqtə
E) Tire
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top