Tapılan ümumi test sayı : 8

Xitab cümlənin ortasında işləndikdə durğu işarələri necə işlənir?
A) Xitab bildirən sözdən Əvvəl vergül, sonra sual işarəsi qoyulur
B) Xitab bildirən sözdən əvvəl vergül qoyulur, sonra heç bir durğu işarəsi qoyulmur
C) Xitab bildirən sözdən nə əvvəl, nə də sonra durğu işarəsi qoyulur
D) Xitab bildirən sözdən əvvəl vergül, sonra nöqtə qoyulur
E) Xitab bildirən sözün hər iki tərəfindən vergül qoyulur
"Vətən oğlu,sözlərimi dinlə" cümləsində xitab nə ilə ifadə olunmuşdur?
A) II növ təyini söz birləşməsi ilə
B) sifətlə
C) I növ təyini söz birləşməsi ilə
D) isimlə
E) III növ təyini söz birləşməsi ilə
Xitab cümlədə nə bildirir?
A) Cümlədə hərəkəti müxtəlif cəhətdən izah edir
B) Cümlədə obyekt bildirir
C) Cümlədə hərəkəti bildirir
D) Cümlədə müraciət olunanı bildirir
E) Cümlədə hərəkəti icra edəni bildirir
Xitab cümlədə hansı cümlə üzvü kimi işlənir?
A) Mübtəda
B) Təyin
C) Zərflik
D) Xəbər
E) Xitab cümlə üzvü ola bilmir
Hansı cümlədə xitab düzgün qoyulub?
A) Sizi, ailəniz bu xoş xəbər münasibətilə təbrik edirəm.
B) Azər, sən yaman dərslərində geriləmisən!
C) Atam, anam və mən sabah kəndə gedəcəyik.
D) Əlbəttə ki, bu işi yalnız sən görə bilərdin.
E) Mən və dostlarım sabah Aygünün evinə qonaq gedəcəyik.
Hansı cümlədə mürəkkəb xitab var?
A) Qızılgül, ürəyindən nələr keçir?
B) Nə məsum baxırsan, dağlar gözəli?!
C) Azərbaycan əsgəri bu torpağın üstündə məğrur gəzməlidir.
D) Ey həyat, sen nə qəribəsən?!
E) Aylar, illər səssiz-səmirsiz ötüb keçirdi.
Xitab haqqında deyilənlərdən biri səhvdir.
A) Xitab cümlədə xəbərlə uzlaşır.
B) Həm sözlərlə, həm de söz birləşmələri ilə ifadə olunur.
C) Xitab cümlənin əvvəlində, ortasında, sonunda gələ bilər.
D) Müraciət olunan şəxsi bildirir.
E) ey, ay, a kimi nidalarla işlənir.
Hansı cümlədə xitabın durğu işarəsi düzgün göstərilmişdir?
A) Qızım qapını ört!
B) Aytac kitabını, mənə ver!
C) Ay ellər bir sevda, nəğməsidir o
D) Ey dünya necə, fanisən?!
E) Gəl, ey qoca Təbriz, ey ana torpaq, Səninlə yaxından biz qucaqlaşaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top