Tapılan ümumi test sayı : 11

Bu cümlələrdən birinin xəbəri III şəxsin təkində olur:
A) Qeyri – müəyyən şəxsli cümlə
B) Şəxssiz cümlə
C) Adlıq cümlə
D) Söz cümlə
Şəxssiz cümləni göstərin:
A) Bura ən zəngin neft yatağıdır
B) Onu əsgərliyə apardılar
C) Onun kinodan xoşu gəlmir
D) Qaranlıq yayılırdı
“ Salondakılara sabahkı tədbirdə iştirak etmələri barəsində xəbərdarlıq edildi ” cümləsinin növünü müəyyənləşdirin:
A) Ümumi şəxsli cümlə
B) Müəyyən şəxsli cümlə
C) Adlıq cümlə
D) Şəxssiz cümlə
Şəxssiz cümləni göstərin:
A) İlin son günü idi
B) Səni çoxdan gözləyirdim
C) Bu gün kəndə getdilər
D) Dostlar hər dərdimizə şərik çıxdılar
Biri şəxssiz cümlə deyil:
A) Səlim ağanın dişi bağırsaqlarını kəsirdi
B) İndi hava qaranlıqdır
C) O zaman bütün Qafqazda qarışıqlıq idi
D) Muradın özünün də başı bəlalı idi
Şəxssiz cümlələr haqqındakı fikirlərdən biri səhvdir:
A) Xəbəri III şəxsin təkində olur
B) Şəxssiz cümlələrin xəbəri ismi xəbərli olmur
C) Xəbəri frazeoloji birləşmə ola bilər
D) Şəxssiz cümlələr adətən geniş olur
Şəxssiz cümləni göstərin:
A) Onlar bu yaxşılığı unutmazlar
B) Oğlunun dedikləri ananın qəlbinə toxunmuşdu
C) Soyuq bir axşam idi
D) Yalançının şahidi yanında olar
Aşağıdakı cümlələrdən hansı şəxssiz cümlə deyil?
A) Kitablarını yığışdırıb birbaşa evə getdi
B) Uşağın məktəbə gedən vaxtıdır
C) Bu fikirlərin içində onu yuxu apardı
D) Mənim sizə yazığım gəlir
And olsun yeri, göyü Yaradana!
Cümləsinin növünü tapın:
A) Adlıq cümlə
B) Müəyyən – şəxsli cümlə
C) Ümumi şəxsli cümlə
D) Şəxssiz cümlə
Biri şəxssiz cümlədir.
A) Körpə gülüşü... Ana sevinci...
B) Usta Mehdi mənim babamdır.
C) Daldan atılan daş topuğa dəyər.
D) Ətrafda səssizlikdir.
E) Firudin bu tayfanın igid oğullarından biri idi.
Müəyyən şəxsi cümlə hansıdır?
A) mübtədası olan yaxud olmasa da asanlıqla bərpa edilə bilən cümlələrə deyilir
B) xəbəri olan yaxud olmasa da asanlıqla bərpa edilə bilən cümlələrə deyilir
C) təyini olan yaxud olmasa da asanlıqla bərpa edilə bilən cümlələrə deyilir
D) tamamlığı olan yaxud olmasa da asanlıqla bərpa edilə bilən cümlələrə deyilir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top