Tapılan ümumi test sayı : 19

Mürəkkəb cümlə haqqında deyilənlərdən hansı yanlışdır?
A) İki və daha artıq sadə cümlənin birləşməsindən ibarət olan cümlələrə mürəkkəb cümlə deyilir
B) Mürəkkəb cümləni əmələ gətirən sadə cümlələr bir – birilə sintaktik cəhətdən iki cür bağlanır
C) Mürəkkəb cümlələr iki növə ayrılır
D) İki sözün birləşməsi ilə yaranan yeni mənalı sözlər mürəkkəb cümlə adlanır
Bu cümlələrdən hansı mürəkkəb cümlə deyil:
A) İmran həyətdən yenicə çıxmışdı ki, Badam xala gəldi
B) Göyərtədə adam çox idi, lakin kimsə dinmirdi
C) Uşaq həm çalışqandır, həm də intizamlıdır
D) Uzaqdan toplar guruldayır, pulemyotlar havaya od sovururdu
Mürəkkəb cümlələr neçə növə ayrılır?
A) 4
B) 1
C) 3
D) 2
Tabesiz və tabeli mürəkkəb cümlələrin oxşar cəhətləri nədir?
a) hər ikisi iki və daha artıq sadə cümlənin birləşməsindən əmələ gəlir
b) hər iki mürəkkəb cümlələrin tərkib hissələri tabesizlik bağlayıcıları ilə əlaqələnir
c) hər ikisinin tərkib hissələri arasında zaman, qarşılaşdırma, səbəb, nəticə və s. kimi məna əlaqələri olur
d) hər iki mürəkkəb cümlələrin tərəfləri bərabərhüquqlu olur
A) a,d
B) a,c
C) c,d
D) b,c
Cümlələrdən biri quruluşca mürəkkəb deyil:
A) Hamı üşüyürdü, lakin heç kəs səsini çıxarmırdı
B) Elə özü deyir, özü də eşidirdi
C) Ön sırada şagirdlər, arxa sırada isə müəllimlər oturmuşdular
D) Arabir göy guruldayır, yağış güclənirdi
Səbəb -nəticə əlaqəli tabesiz mürəkkəb cümləni ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlədən fərqləndirən cəhətlər nədir?
A) səbəb-nəticə əlaqəli mürəkkəb cümlə iki tərkib hissədən ibarət olmur.
B) səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlədə tərəflərdən biri görülmüş işin səbəbini, digəri isə nəticəsini bildirir.
C) heç biri düzgün variant deyil.
D) ardıcıllıq əlaqəli mürəkkəb cümlələr isə iki sayda tərkib hissədən ibarət olur.
E) ardıcıllıq əlaqəli mürəkkəb cümlədə işin ardıcıl icrası baş vermir.
Hansı bağlayıcı merəkkəb cümlənin tərəflərini bağlamır?
A) ilə
B) yəni
C) belə ki
D) ancaq
E) hərçənd
Mürəkkəb cümlənin neçə novu var?
A) 3
B) 4
C) 5
D) 6
E) 2
Mürəkkəb cümlənin hansı növləri var?
A) tabeli, tabesiz
B) düzəltmə
C) əmr
D) sadə
E) fonetika
Zaman əlaqəsi yaradan bağlayıcılar hansıdır?
A) İştirak və inkar
B) İnkar və bölüşdürmə
C) İnkar və səbəb-nəticə
D) İştirak və səbəb-nəticə
E) İştirak və bölüşdürmə
Hansı sıradakı mürəkkəb cümlə deyil?
A) Tankları yudular, rənglədilər, döyüşə hazırladılar
B) Anar həm çalışqandır, həm de əlaçı
C) Aynur sevimli gəlinciyini də ozuylə götürdü
D) Ana öz oğlunu doyunca öpdü, qoxuladı, bağrına basdı
E) Uşaqlar həyətdə oynayır, evdə sakit otururdular
Hansı əlaqə növü bütün tabeli mürəkkəb cümlələrdə olur?
A) Qarşılaşdırma
B) Heç biri
C) Səbəb- nəticə
D) Zaman
E) Ardıcıllıq
Hansı mürəkkəb cümlə deyil?
A) Səlmanın qorxusundan gözləri hədəqəsindən çıxmış, rəngi saralmışdı
B) O, qapıdan içəri girəndə ayağa durduq, keçib əyləşəndən sonra biz də oturduq
C) Yaz gəldi, hər tərəfdə torpaq onun ilıq nəfəsi ilə qızınmağa başladı
D) Həm uşaqları çağırmışıq, həm də onların valideyinlərini
E) Oğru da mənəm, doğru da?
Mürəkkəb cümlə ilə sadə cümlənin fərqi nədir?
A) Mürəkkəb cümlə sadə cümlədən fərqlənmir
B) Mürəkkəb cümlə 2 və daha artıq sadə cümlənin birləşmişindən yaranır
C) Mürəkkəb cümlə sadə sözdən yaranır
D) Sadə cümlə 2 və daha artıq sadə sözün birləşməsindən yaranır
E) Sadə cümlə mürəkkəb cümlədən yaranır
Budaq cümlənin hansı növündə tabesizlik bağlayıcılarından istifadə olunur?
A) tərzi-hərəkət budaq cümləsində
B) təyin budaq cümləsində
C) qarşılıq budaq cümləsində
D) yer budaq cümləsində
E) zaman budaq cümləsində
Hansı budaq cümlə ki bağlayıcısı ilə işləndikdə budaq cümlə birinci gəlir?
A) zaman
B) qarşılıq-güzəşt
C) mübtəda
D) təyin
E) yer
Bunlardan hansı mübtəda budaq cümləsidir?
A) O nə qədər bacarırdı, yedi
B) Hamı necədir ,sən də elə
C) Niyyətin hara, mənzilin də ora
D) Harada böyük var ,orada hörmət var
E) İki gündür, bərk şaxtadır
Hansı budaq cümlələrdə hər zaman budaq cümlə birinci gəlir?
A) yer, kəmiyyət, qarşılıq-güzəşt
B) zaman, kəmiyyət
C) mübtəda, xəbər, təyin
D) təyin, yer, zaman
E) yer, kəmiyyət, təyin
Tabeli mürəkkəb cümlə hansı növdədir: "Sən necəsən, mən də elə."
A) zaman
B) xəbər
C) səbəb-nəticə
D) ardıcıllıq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top