Tapılan ümumi test sayı : 6

Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümləni göstərin:
A) Nə o bunu dindirir, nə də bu onu danışdırır
B) Ya sən məktub yazmamısan, ya da məktub yolda itib
C) Yağış yağdı, havaya bir sərinlik gəldi
D) Qapını itələdim, ancaq açılmadı
“ Sərin meh əsdi, gölün üzü qırçınlanıb səsləndi ” tabesiz mürəkkəb cümləsinin tərkib hissələri arasında hansı məna əlaqəsi var?
A) Zaman
B) Səbəb – nəticə
C) Ardıcıllıq
D) Qarşılaşdırma
Cümlələrdən biri səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlə deyil:
A) Qəflətən güclü külək başladı, yetişmiş meyvələr yerə səpələndi
B) Bayırda yağan qar ağarır, xoş mənzərə yaradırdı
C) Birdən motor susdu, çarxlar dayandı
D) Lampalar söndü, kino verilişi başlandı
Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələri göstərin:
a)Torpağı duz basmış, kəndlilər də köçüb getmişdilər
b)Qarmon çalınır, nəğmə oxunur, rəqs edilir
c)Gün çıxdı, hər tərəf işıqlandı
d)Axşam düşdü, lampalar yandı
e)Dəhlizin qapısı açıldı və otağa bir qız daxil oldu
A) c,d,e
B) a,b,c
C) a,c,e
D) a,c,d
Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlə haqqında aşağıdakılardan biri səhvdir:
A) Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkib hissə nəticəni, ikinci tərkib hissə isə səbəb bildirir
B) Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri də intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnib
C) Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkib hissədəki iş səbəb, ikincidəki isə onun nəticəsi olur
D) Səbəb – nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr ancaq iki tərkib hissədən ibarət olur
"Külək əsdi,ağacın yarpaqları yerə töküldü" - tabesiz mürəkkəb cümləsinin tərkib hissləri arasında hansı məna əlaqəsi var?
A) bölüşdürmə
B) səbəb-nəticə
C) ardıcıllıq
D) qarşılaşdırma
E) zaman
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top