Tapılan ümumi test sayı : 4

Cümlələrdən biri aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə deyil:
A) Ot öz kökünün üstündə bitir: adam ya ağılda, ya da vücudda öz nəslinə çəkməlidir
B) Ağız deyəni qulaq eşitmirdi: iyirmi – otuz adam üz – üzə, çiyin – çiyinə oynayırdı
C) Ağacdakı quşlar səs saldı, uşaq diksindi
D) Səlim başını tərpətdi, yəni o razı idi
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə hansıdır?
A) Fuad dərin fikrə getdi: bu işi kim etmiş olar?
B) Dərslər qurtarır, uşaqlar yay tətilinə buraxılır
C) Gah güclü yağış yağır, gah da gün çıxırdı
D) Uşaq anasının qucağından dartınıb düşmək istəyir, ana buraxmırdı
“ Uzun qış axşamı idi: külək dəhşətli bir sızıltı ilə qanadlarını divara çırpır, üzü qılınc kimi kəsirdi ” tabesiz mürəkkəb cümləsinin tərkib hissələri arasında hansı məna əlaqəsi var?
A) Səbəb – nəticə
B) Ardıcıllıq
C) Aydınlaşdırma
D) Zaman
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə haqqında aşağıdakılardan biri səhvdir:
A) Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrdən biri ümumilik bildirir, o biri onu aydınlaşdırır
B) Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri əksərən informasiya ilə bir – birinə bağlanır
C) Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında ziddiyyət olur
D) Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə adətən ümumilik bildirən hissə əvvəl, aydınlaşdıran hissə sonra işlənir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top