Tapılan ümumi test sayı : 5

“ Ya sən şəhərə köçməlisən, ya da biz kəndə gəlməliyik ” tabesiz mürəkkəb cümləsinin tərkib hissələri arasındakı məna əlaqəsini göstərin:
A) Qarşılaşdırma
B) Zaman
C) Bölüşdürmə
D) Səbəb – nəticə
“ Bunlara ya iş verilməli, ya da yer göstərilməlidir ” tabesiz mürəkkəb cümləsinin tərkib hissələri arasında hansı məna əlaqəsi var?
A) Səbəb – nəticə
B) Ardıcıllıq
C) Bölüşdürmə
D) Aydınlaşdırma
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr yaranır:
A) Yəni bağlayıcısının köməyi ilə
B) İstər, istərsə də bağlayıcılarının köməyi ilə
C) Amma, ancaq bağlayıcılarının köməyi ilə
D) Lakin bağlayıcısının köməyi ilə
“ Gah güclü külək əsir, gah da yağış yağırdı ” tabesiz mürəkkəb cümləsinin tərkib hissələri arasında hansı məna əlaqəsi var?
A) Ardıcıllıq
B) Bölüşdürmə
C) Zaman
D) Səbəb – nəticə
“ ya ”, “ ya da ” bağlayıcılarının köməyi ilə hansı məna əlaqəli tabesiz mürəkkəb cümlələr yaranır:
A) Qarşılaşdırma
B) Bölüşdürmə
C) Zaman
D) İştirak
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top