Tapılan ümumi test sayı : 10

Tabeli mürəkkəb cümlə hansıdır?
A) Şəhərdə işlərini tez qurtarsaydın, hava qaralmamış kəndə yola düşərdik
B) Oqtay dərslərini oxudu, yoldaşları ilə gəzməyə getdi
C) O, əl – üzünü yuyub, saçlarını daradı
D) Rəşid işdən saat 7 – də gəlməli idi, ancaq gəlmədi
Mürəkkəb cümlənin hər iki növü üçün ortaq əlamət hansıdır?
A) Bərabərhüquqlu sadə cümlələrdən təşkil olunmaq
B) Bağlayıcı sözlərin iştirakı
C) Baş və budaq cümlələrdən ibarət olmaq
D) Əsasən, tabesizlik bağlayıcıları ilə əlaqələnmək
Tabeli mürəkkəb cümləni seçin:
A) Qonaq ayaqqabısını çıxarmaq istədi, ev sahibi icazə vermədi
B) Güclü qar yağdı, yollar buz bağladı
C) Mən belə bir qərara gəlmişəm ki, onları götürüb yaylağa aparım
D) Yaşatmaq çətindir, unutmaq asan
".....birlik var, orada dirilik var" cümləsində hansı bağlayıcı söz uyğun gəlir?
A) haradan
B) kimdə
C) nədə
D) harada
E) haraya
Biri tabeli mürəkkəb cümlədir:
A) Taxıl vağamlayıb tökülür, bostanı alaq basır, bağlar suvarılmır, tədarük dəmir yol stansiyasına aparılıb təhvil verilmirdi
B) Mən hiss etdim ki, sən bu gün dərsə hazır deyilsən
C) Yaşar dərsini elədi, dostları ilə gəzməyə getdi
D) Payız gəldi havalar soyudu.
Tabeli mürəkkəb cümlənin ən azı neçə qrammatik əsası olur?
A) 5
B) 2
C) 4
D) 1
E) 3
Biri mürəkkəb cümlə deyil;
A) Anam atamın aldığı hədiyyələri gətirdi və biz onları sevinclə açdıq
B) Anam və atam bizə hədiyyə aldı, atam onları bizə payladı
C) Atam anamla aldığı hədiyyələri açdı, biz onlarla oynadıq
D) Anam, atam bizim üçün aldıqları hədiyyələri gətirdilər, sonra bizə verdilər.
E) Anam və atam bizim üçün aldıqları hədiyyələri gətirdilər, sonra biz onları götürdük.
Aşağıdakı cümlələrdən hansı tabeli mürəkkəb cümlə hesab edilə bilməz?
A) Bizim internetimiz o qədər sürətlidir ki, mən kifayət qədər sual göndərə bilirəm.
B) Anam fikirləşirdi ki, bu güllər çox gözəl deyil.
C) Əgər Viktor Hüqo yeni bir əsər yazsa, mən onu mütləq oxuyacağam.
D) Sən elə adam olmalısan ki, hamı səni bəyənsin.
E) Dünənki hadisələrdə mən ki günahkar deyiləm.
Sözlərin bir hərfə görə fəqlənməsinə nə deyilir?
A) Akustika
B) Mübaliğə
C) Fonem
D) Paronim
E) Epitet
Səbəb və məqsəd budaq cümlələri arasındakı oxşar cəhət hansıdır?
A) Məna cəhətdən eyni mənanı bildirirlər
B) İkisində də budaq cümlə baş cümləyə intonasiya ilə bağlanır
C) Hər ikisində baş cümlə budaq cümlədən sonra gəlir
D) İkisinin də xəbəri felin xəbər şəklində olur
E) Hər ikisində baş cümlə budaq cümlədən əvvəl gəlir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top