Tapılan ümumi test sayı : 8

Budaq cümlənin növlərindən biri deyil:
A) Mübtəda budaq cümləsi
B) Tamamlıq budaq cümləsi
C) Xəbər budaq cümləsi
D) Sual budaq cümləsi
Budaq cümlənin hansı növləri həmişə baş cümlədən əvvəl gəlir?
1)yer budaq cümləsi
2) təyin budaq cümləsi
3) kəmiyyət budaq cümləsi
4) səbəb budaq cümləsi
5) şərt budaq cümləsi
6) məqsəd budaq cümləsi
7) qarşılıqlı – güzəşt budaq cümləsi
A) 1,3,7
B) 2,5,6
C) 3,4,6
D) 4,6,7
“ Ancaq indi yadıma düşdü ki, Cəfər dünən axşam kino göstərəcəkdi ” mürəkkəb cümləsində budaq cümlənin növünü müəyyənləşdirin:
A) Qarşılıqlı – güzəşt
B) Məqsəd
C) Mübtəda
D) Tamamlıq
“ Bütün bunlar ona görədir ki, sən daha firavan yaşayasan ” mürəkkəb cümləsində budaq cümlənin növünü müəyyənləşdirin:
A) Məqsəd
B) Xəbər
C) Tamamlıq
D) Səbəb
“ Səkinə bildi ki, kişi yenə öz işinin peşmançılığını çəkir ” tabeli mürəkkəb cümləsində budaq cümlənin növünü göstərin:
A) Xəbər budaq cümləsi
B) Mübtəda budaq cümləsi
C) Tamamlıq budaq cümləsi
D) Təyin budaq cümləsi
“ Məktubda o da yazılmışdı ki, Çingizi xaricə göndərmək istəyirlər ” cümləsində budaq cümlənin hansı növü işlənmişdir?
A) Səbəb
B) Xəbər
C) Mübtəda
D) Təyin
E) tamamlıq
Aşağıdakılardan hansı budaq cümlənin növlərinə aid deyil?
A) Məqsəd budaq cümləsi
B) Təyin budaq cümləsi
C) Xəbər budaq cümləsi
D) Nəticə budaq cümləsi
E) Yer budaq cümləsi
"İnsan o zaman xoşbəxt ola bilər ki, qolunda xalqın gücünü hiss etsin, ürəyində xalqın səsini eşitsin"- tabeli mürəkkəb cümləsi hansı budaq cümləli tabeli mürəkkəb cümlədir?
A) Təyin
B) Mübtəda
C) Zaman
D) Yer
E) Tərzi-hərəkət
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top