Tapılan ümumi test sayı : 6

“ Hamıya məlumdur ki, payızda meyvə bol olur ” cümləsində budaq cümlənin hansı növü işlənmişdir?
A) Mübtəda
B) Təyin
C) Tamamlıq
D) Xəbər
“ Kim ki intizamlıdır, döyüşü də o udur ” cümləsi tabeli mürəkkəb cümlənin hansı növündə aiddir?
A) Şərt
B) Xəbər
C) Mübtəda
D) Tamamlıq
“ Məktubda o da yazılmışdı ki, Çingizi xaricə göndərmək istəyirlər ” cümləsində budaq cümlənin hansı növü işlənmişdir?
A) Təyin
B) Səbəb
C) Mübtəda
D) Xəbər
“ İnsanın ürəyindən nə keçirsə, o gizlində qalmamalıdır ” cümləsi tabeli mürəkkəb cümlənin hansı növündə işlənmişdir?
A) Zaman
B) Mübtəda
C) Xəbər
D) Tamamlıq
Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlə haqqında aşağıdakılardan biri səhvdir:
A) Bəzən mübtəda budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır
B) Səndən nə soruşurlar, cavab ver – cümləsi mübtəda budaq cümləsidir
C) Mübtəda budaq cümləsi baş cümlədə işarə əvəzliyi ilə ifadə olunan mübtədanı izah edir
D) Mübtəda budaq cümləsi baş cümlənin buraxılmış mübtədası əvəzində işlənir
Nə istəyirsən, onu da et.                                                                Yuxarıdakı cümlə hansı budaq cümlə sayılır?
A) Xəbər budaq cümlə
B) Tamamlıq budaq cümlə
C) zaman  budaq cümlə
D) Mübtəda budaq cümlə
E) Təyin budaq cümlə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top