Tapılan ümumi test sayı : 5

“ İgid odur ki, apardığını gətirsin ” cümləsində budaq cümlənin hansı növü işlənmişdir?
A) Tərzi – hərəkət
B) Mübtəda
C) Xəbər
D) Tamamlıq
“ Arzum budur ki, dənizdə təzə bir Abşeron olsun ” cümləsində budaq cümlənin hansı növü işlənmişdir?
A) Xəbər
B) Yer
C) Tamamlıq
D) Mübtəda
“ Məsləhətim budur ki, bir də sürünü bu yerlərə gətirmə ” cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) Mübtəda
B) Şərt
C) Tamamlıq
D) Xəbər
Xəbər budaq cümləli tabeli mürəkkəb cümlə hansıdır?
A) Harada camaat varsa, biz orada qalmalıyıq
B) Heç onun ixtiyarı yoxdur ki, sənə bir söz desin
C) Bizim kəndin vəziyyəti elədir ki, orada hər şey qurub – yaratmaq olar
D) Elə ki, Çənlibeldə yurd – yuva saldıq, onda onlar bizə lazım olacaq
Xəbər budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:
A) Xəbər budaq cümləsi bəzən baş cümlədən əvvəl gəlir və baş cümləyə bağlayıcı sözlərlə bağlanır
B) Baş cümlənin xəbəri, adətən odur, budur, o idi, bu idi sözləri ilə ifadə olunur və budaq cümlə vasitəsilə izah edilir
C) Xəbər budaq cümləsi baş cümləyə bəzən haraya, harada, haradan, o yerdə ki, bağlayıcı sözlərlə bağlanır
D) Xəbər budaq cümləsi baş cümlənin işarə əvəzlikləri ilə ifadə olunmuş xəbərini izah edib aydınlaşdırır
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top