Tapılan ümumi test sayı : 6

Biri zərflik budaq cümləsi deyil:
A) Elə şagirdlər var ki, gözəl şeirlər də yazırlar
B) Bu qız nə qədər gözəldirsə, o qədər sadə və səmimidir
C) Beş – on dəqiqə keçməmişdi ki, külək güclənməyə başladı
D) Cəmiyyət hara vurursa, oradan dirilik suyu qaynayır
Zərflik budaq cümləsində budaq cümlənin baş cümlədə ifadə olunan hal və hərəkətlərin məqsədini bildirdiyi cümləni seçin:
A) Şagird suallara yaxşı cavab verdi, ona görə ki, ciddi hazırlaşmışdı
B) Bu qız nə qədər gözəldirsə, o qədər də sadə və səmimidir
C) Cəmiyyət hara vurursa, oradan dirilik suyu qaynayır
D) Ayna arvad buzovu Qızıl inəyin altından dartıb çıxartdı ki, kəndin buzovlarına qatsın
“ Şagird suallara yaxşı cavab verdi, ona görə ki, ciddi hazırlaşmışdı “ cümləsində budaq cümlə baş cümlədə ifadə olunan hal və hərəkətin:
A) Kəmiyyətini bildirir
B) Məqsədini bildirir
C) Zamanını bildirir
D) Səbəbini bildirir
Zərflik budaq cümləsi baş cümlənin ifadə etdiyi hal və hərəkətin yerini bildirdiyi cümlə:
A) Elə yaz ki, oxumaq olsun
B) Elə oxu ki, mən də eşidim
C) Cəmiyyət hara vurursa, oradan dirilik suyu qaynayır
D) Elə danışmalısan ki, sözlərini hamı eşitsin
“ Bir yerə ki çağırılmadın, ora getmə ” cümləsinin növünü göstərin:
A) Yer budaq cümləsi
B) Səbəb budaq cümləsi
C) Məqsəd budaq cümləsi
D) Zaman budaq cümləsi
“ Yazın yuxusu nə qədər şirindirsə, oyaqlığı da o qədər ləzzətlidir ” cümləsinin növünü müəyyən edin:
A) Yer budaq cümləsi
B) Kəmiyyət budaq cümləsi
C) Məqsəd budaq cümləsi
D) Zaman budaq cümləsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top